Bütün tədbirlər
TrailOrtaQeydiyyat

Shooting Sprint Trail 2026

Sürət, texnika və treyl həyəcanını birləşdirən dinamik yarış. Qısa məsafə, yüksək temp və maksimum adrenalin!

29 Noyabr 202610:00Shooting Center, Baku, Azerbaijan37 iştirakçı3ч

Məlumat

🏁 Shooting Sprint Trail 2026

Qısa məsafə. Yüksək temp. Maksimum adrenalin!

29 noyabr 2026-cı ildə Bakıda keçiriləcək Shooting Sprint Trail 2026 sürət, reaksiya və texnikanın ön plana çıxdığı dinamik treyl yarışıdır. Marşrutun qısa olması yarışı asanlaşdırmır, əksinə, onu daha intensiv edir. Burada hər yoxuş, eniş, döngə və hər saniyə yekun nəticəyə təsir göstərir.

Bu yarış klassik uzunməsafəli treyl yarışlarından fərqlənir. İştirakçıların uzun müddət ərzində enerjilərini bölməsi deyil, qısa məsafədə düzgün temp seçməsi, sürətini qoruması və texniki hissələri dəqiq keçməsi əsasdır.

⛰️ Yarış Formatı

  • 5 km — Sprint Trail

  • 10 km — Shooting Trail

Hər iki məsafə eyni əsas marşrut üzərində keçirilir. 5 km iştirakçıları marşrutu bir dəfə, 10 km iştirakçıları isə iki dəfə tamamlayırlar.

🔓 Hər Kəs Üçün Açıq Format – Qorxmadan Başla

İlk treyl təcrübəsini yaşamaq istəyənlər 5 km, sürətini və texniki bacarıqlarını daha intensiv formatda sınamaq istəyənlər isə 10 km məsafəni seçə bilərlər.

Əsas məqsəd öz hazırlıq səviyyənə uyğun məsafəni seçmək, təhlükəsiz qaçmaq və finiş xəttinə çatmaqdır.

🟢 5 km Sprint Trail 

Treyl qaçışına ilk addımını sürətlə at!

İlk dəfə treyl yarışında iştirak etmək və özünü qısa, dinamik marşrutda sınamaq istəyənlər üçün uyğun seçimdir.

  • Məsafə: 5 km

  • Yüksəklik yığımı: 127 m

  • Dövrə sayı: 1

  • Səviyyə: Başlanğıc və orta

  • Qısa məsafədə sürət və texnikanı sınamaq imkanı

  • İlk rəsmi treyl finişini əldə etmək üçün uyğun format

💬 Sadə desək: treyl qaçışına başlamaq və yarış atmosferini yaşamaq istəyirsənsə, 5 km sənin üçün ideal seçimdir.

🔴 10 km Shooting Trail

İki dövrə. İkiqat mübarizə.

Sürət, dözümlülük və treyl texnikasını eyni yarışda sınamaq istəyənlər üçün daha intensiv məsafədir.

  • Məsafə: 10 km

  • Yüksəklik yığımı: 254 m

  • Dövrə sayı: 2

  • Səviyyə: Orta

  • Sürət və dözümlülüyü birlikdə sınamaq imkanı

  • Gücü və tempi düzgün bölmək tələbi

📍 Məkan

Bakı şəhəri, İpək yolu 3D — Bakı Atıcılıq Mərkəzinin yanı

Marşrut şəhər daxilində treyl atmosferini, yüksəklik dəyişikliklərini və dinamik yarış tempini bir araya gətirir.

🏅 Nəticələr və Qaliblər

Qaliblər 5 km və 10 km məsafələri üzrə ayrıca müəyyən ediləcək.

Nəticələr iştirakçıların finiş vaxtına əsasən hesablanacaq. Hər məsafə üzrə qadınlar və kişilər ayrıca qiymətləndiriləcək.

Mükafat kateqoriyaları:

  • Ümumi təsnifat — qadınlar və kişilər
  • Challengers (40+) — qadınlar və kişilər
  • Masters (50+) — qadınlar və kişilər
  • Veterans (60+) — qadınlar və kişilər

⚠️ Qeyd: İştirakçı həm ümumi təsnifatda, həm də yaş kateqoriyasında qalib olarsa, hər iki kateqoriya üzrə mükafatlandırılacaq və mükafatlardan heç biri növbəti iştirakçıya ötürülməyəcək.

Mükafatlar və sponsor hədiyyələri haqqında əlavə məlumat yarışa yaxın elan ediləcək.

💳 Qeydiyyat və Ödənişlər

🟢 Erkən Qeydiyyat

1 sentyabr – 15 noyabr

5 km: 30 AZN
10 km: 35 AZN

🟡 Gec Qeydiyyat

16 noyabr – 23 noyabr 

5 km: 40 AZN
10 km: 45 AZN
⏳ Qeydiyyatın bağlanması: 23 noyabr, saat 23:59

⚡ Qeyd:

Yerlər məhduddur — iştirakçı limiti dolduğu zaman qeydiyyat elan edilmiş son tarixdən əvvəl bağlana bilər.

İştirakçı limiti: 400 nəfər

👨‍👩‍👧‍👦 16 Yaşdan Kiçik İştirakçılar

📝 Qeyd: 16 yaşdan kiçik uşaqlar yarışda yalnız valideynlərindən biri ilə birlikdə qaçmaq və imzalanmış valideyn razılığı ərizəsini təqdim etmək şərtilə iştirak edə bilərlər. Valideyn də müvafiq məsafə üzrə qeydiyyatdan keçməli və bütün marşrut boyunca uşaqla birlikdə qaçmalıdır.

⏱️ Yarış Günü Zaman Cədvəli

📝 Qeydiyyat və start nömrələrinin paylanması: 08:00
🕒 Start: 10:00
🏆 Mükafatlandırma mərasimi: 12:30
🏁 Tədbirin başa çatması: 14:00

📞 İştirakçı Dəstəyi:

Qeydiyyat və ya ödənişlə bağlı sual və problem yaranarsa, bizimlə əlaqə saxlayın:

Qeydiyyat vaxtı
08:00

Məsafələr

5 km
5 км127м yüksəklikeasy
10 km
10 км254м yüksəklikmedium

Qeydiyyatdan keçmiş iştirakçılar (37)