Bütün tədbirlər
ULTRA_MARATHONİrəliləmişQeydiyyat

Baku Ultra Endurance 2026 | 6H • 12H • 24H

Baku Ultra Endurance 2026 | 6H • 12H • 24H - zamana qarşı ultra qaçışdır. 6, 12 və 24 saatlıq formatlar, burada əsas rol sürətə deyil, strategiyaya, davamlılığa və uzun müddət hərəkətdə qalmaq bacarığına məxsusdur.

20 İyun 2026Baku, Azerbaijan, 53 iştirakçı
Yarış reqlamenti
İştirak qaydaları və şərtləri ilə PDF-ni yükləyin
Reqlamenti yüklə

Məlumat

🏁 Baku Ultra Endurance 2026 | 6H • 12H • 24H

Zamanla yarış. Limit sənsən.


20–21 iyun 2026 tarixində Bakıda keçiriləcək Baku Ultra Endurance 2026 | 6H • 12H • 24H yarışı, fiziki güc, mental dözümlülük və strateji idarənin əsl sınağıdır. Bu yarış klassik məsafələrdən fərqlənir.Burada məqsəd sadəcə finişə çatmaq deyil, verilən vaxt ərzində mümkün olan ən uzun məsafəni qət etməkdir.

 ⏱ Yarış Formatı

  •  6 saat
  •  12 saat
  •  24 saat

İştirakçılar seçdikləri zaman intervalı ərzində eyni dövrə (1.15km) üzərində qaçaraq maksimum məsafə toplamağa çalışacaqlar.

 🔓 Hər Kəs Üçün Açıq Format – Qorxmadan Başla
Bu yarış yalnız təcrübəli qaçışçılar və elitlər üçün deyil. İstənilən səviyyədə qaçışçı iştirak edə bilər.
Əsas məqsəd, öz ritmini tapmaq və finişə doğru irəliləməkdir. 

 🟢 6 Saatlıq Yarış (Başlanğıc Üçün İdeal) 

6 saat kifayətdir ki, marafonçu olasan.

Marafon dünyasına ilk addımını atmaq üçün ən uyğun seçimdir.
  • Medal üçün minimum məsafə: 10 km 
  • Vaxtı istədiyin kimi bölə bilərsən 
  • İstədiyin zaman dayan, dincəl, sonra davam et 
  • Temp və strategiya tam sənin nəzarətindədir

💬 Sadə desək: 6 saat ərzində rahat tempdə qaçaraq ən azı 10 km qət etsən, sən artıq finişersən.

📝 Qeydiyyat: 20 iyun, saat 07:00

🕒 Start: 20 iyun, saat 08:00

🏁 Finiş: 20 iyun, saat 14:00

 🟡 12 Saatlıq Yarış (Növbəti Səviyyə) 

Səbr burada sürətdən güclüdür.

Artıq özünü bir az daha uzun mübarizədə sınamaq istəyənlər üçün.
  • Medal üçün minimum məsafə: 30 km 
  • Qaçış + istirahət strategiyasını test etmək imkanı 
  • Gecə saatlarına keçid təcrübəsi

💬 Burada oyun dəyişir: Artıq təkcə qaçmaq yox, enerjini düzgün bölmək əsasdır.

📝 Qeydiyyat: 20 iyun, saat 08:00

🕒 Start: 20 iyun, saat 09:00

🏁 Finiş: 20 iyun, saat 21:00


🔴 24 Saatlıq Yarış (Əsl Ultra Təcrübəsi) 

Limit yoxdur. Sadəcə sən varsan.

Tam dözümlülük və mental güc sınağı.
  • Medal üçün minimum məsafə: 60 km 
  • İstirahət, qidalanma və enerji idarəsi əsas rol oynayır 
  • Öz limitlərinlə real qarşılaşma

💬 Bu artıq sadəcə yarış deyil: bu, özünlə uzun bir dialoqdur. 

📝 Qeydiyyat: 20 iyun, saat 08:00

🕒 Start: 20 iyun, saat 09:00

🏁 Finiş: 21 iyun, saat 09:00


📍Məkan

Bakı, Azərbaycan Pişəvəri (Antena) parkı

🧠 Bu Yarış Kimlər Üçündür?

  • Öz limitlərini yoxlamaq istəyən qaçışçılar 
  • İlk marafon və ya ultra təcrübəsini yaşamaq istəyənlər 
  • Saatlıq yarış strategiyasını sınamaq istəyənlər 
  • 100 km və daha uzun məsafələrə hazırlaşan atletlər 
  • Sərhədlərini aşaraq həm mental gücünü, həm də ultra qaçışın verdiyi həzzi hiss etmək istəyənlər 


⚡ Niyə İştirak Etməlisən?

  • Yarışdan öncə (19.06.2026) ilk ekspo təcrübəsi 
  • Ekspo günü “Pasta Party” və hədiyyəli oyunlar 
  • Azərbaycanda ilk beynəlxalq saatlıq qaçış formatı 
  • Tam nəzarətli və təhlükəsiz yarış mühiti 
  • Qidalanma və istirahət üçün təşkil olunmuş komanda zonası 
  • Hər dövrədə yeni bir sınaq, hər saatda yeni bir mübarizə


🌍 Beynəlxalq Qeydiyyat və Tanınma

Bu yarışın nəticələri beynəlxalq ultramarafon məlumat bazası olan Deutsche Ultramarathon-Vereinigung (DUV) platformasında rəsmi olaraq qeydə alınacaq və bütün finiş edən iştirakçıların statistikalarında əks olunacaq.

🏅 Nəticə və Qaliblər

Qaliblər hər format üzrə (6H / 12H / 24H) ən çox məsafə qət edən iştirakçılar əsasında müəyyən olunacaq.

🎒 Əlavə İmkanlar

  • Drop bag zonası
  • Qidalanma və su təminatı
  • Tibbi dəstək 
  • Canlı nəticə izləmə

💳 Qeydiyyat ödənişləri

Qiymətlər mərhələli şəkildə artır. Erkən qeydiyyat daha sərfəlidir.


🟢 31 may 2026, saat 23:59-dək

  • 6H: 45 ₼ / 45€
  • 12H: 55 ₼ / 55€
  • 24H: 65 ₼ / 65€


🟡 10 iyun 2026, saat 23:59-dək

  • 6H: 55 ₼ / 55€
  • 12H: 65 ₼ / 65€
  • 24H: 75 ₼ / 75€


🔴 11 iyun 2026 tarixindən sonra

  • 6H: 65 ₼ / 65€
  • 12H: 75 ₼ / 75€
  • 24H: 85 ₼ / 85€


⚡ Qeyd:

₼ – Azərbaycan vətəndaşları üçün
€ – xarici iştirakçılar üçün

Yerlər məhduddur - dolduqda qeydiyyat bağlanır.


📞 İştirakçı dəstəyi:

Qeydiyyat və ya ödənişlə bağlı sual və ya problem yaranarsa, bizimlə əlaqə saxlayın: 

  • Qeydiyyat məsələləri üzrə: +994 50 241 31 09 
  • Ödəniş problemləri üzrə: +994 77 407 07 04 
  • Email: admin@utr.az
  • https://utr.az/feedback

Qeydiyyat vaxtı
07:00

Məsafələr

6 HOURS
10 кмmedium
12 HOURS
30 кмhard
24 HOURS
60 кмexpert

Kateqoriyalar

Absolyut K
Kişi · 18-39
Absolyut Q
Qadın · 18-39
40+ K
Kişi · 40-44
40+ Q
Qadın · 40-44
50+ K
Kişi · 50-59
50+ Q
Qadın · 50-59
60+ K
Kişi · 60-69
60+ Q
Qadın · 60-69

Avadanlıq tələbləri

Baş lampası
Tövsiyə edilən
Yağışlıq
Tövsiyə edilən
GPS saatı
Tövsiyə edilən

Qeydiyyatdan keçmiş iştirakçılar (53)